
BAKI. 25 mart. TELEQRAF
“Sabah” klubunun qapıçısı Stas Pokatilovun Qazaxıstan milli komandasının düşərgəsini tərk etməsinin səbəbi bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası (QFF) məlumat yayıb.
QFF Uels və Lintenşteyn yığmaları ilə matça dəvət alan 33 yaşlı qapıçının şengen vizasının qaydasında olmadığını açıqlayıb: “Pokatilov çox təcrübəli futbolçudur və onun komandada olması milli üçün çox önəmlidir. Qiymətsiz təcrübəsi ilə o, gənc oyunçulara rəqabət ruhunu aşılamağa kömək edir. Təəssüf ki, şengen vizası almaqda çətinlik çəkdiyi üçün o, Lixtenşteynlə matçda meydana çıxa bilməyəcək".
Federasiyadan bildirilib ki, Pokatilov bir müddət əvvəl "Sabah" klubu ilə müqavilə imzalayıb və gərgin oyun, məşq qrafiki ilə əlaqədar Azərbaycandadır: "Şengen vizası almaq üçün pasportunuz da daxil olmaqla, tələb olunan sənədləri səyahətdən ən azı 15 iş günü əvvəl təqdim etməli və onları təxminən 7 iş günü ərzində konsulluqda saxlamalısınız”.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə Teleqraf-a açıqlamasında Pokatilovun artıq klubun düşərgəsində olduğunu bildirib.
Qeyd edək ki, 32 yaşlı qapıçı Qazaxıstan yığmasının Antalyadakı təlim-məşq toplanışına martın 17-də qoşulmalı idi. Qazaxıstan millisi Uelslə martın 22-də qarşılaşıb.
****
13:52
"Sabah" klubunun qapıçısı Stas Pokatilov futbol üzrə Qazaxıstan millisinin düşərgəsini tərk edib.
Teleqraf Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Lixtenşteynə qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçında çıxış etməyəcək.
Pokatilovun şəxsi səbəblərdən belə bir addımı atdığı bildirilir. Hazırda yığmanın düşərgəsində qapıçı qismində Muhammedjan Seysan, Aleksandr Zarutski və Temirlan Anarbekov qalıb. Martın 22-də Uelsə səfərdə 1:3 hesabı ilə uduzduğu görüşdə Qazaxıstan millisinin qapısını Zarutski qoruyub, Pokatilov isə ehtiyatda oturub.
Qeyd edək ki, Lixtenşteyn - Qazaxıstan matçı bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.