
BAKI, 25 mart. TELEQRAF
Azərbaycan milli komandasının heyətinə yeni oyunçu dəvət edilib.
Teleqraf xəbər verir ki, “Səbail” komandasının qapıçısı Əlirza Müştəbazadə millinin düşərgəsinə cəlb olunub.
24 yaşlı “əlcək sahibi” zədə ilə əlaqədar heyətdən çıxarılan Şahrudin Məhəmmədəliyevin əvəzinə yığmaya çağırılıb.
Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.