
BAKI, 25 mart. TELEQRAF
Türkiyə "Fənərbağça"sının futbolçusu Cenk Tosunun Yaponiyanın "Urava Red Daymonds" klubuna keçidi baş tutmayıb.
Teleqraf xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin bir sıra üzvlərinin zədələnərək sıradan çıxması olub. "Sarı-göylər"in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən 34 yaşlı hücumçunun komandada saxlanılmasını istəyib.
Tosun "Fənərbağça"dan ayrılacağına görə UEFA Avropa Liqasında Şotlandiya "Reyncers"inə, Türkiyə Super Liqasında isə "Samsunspor"a qarşı oyunlarda iştirak ərizəsində yer almamışdı.
Qeyd edək ki, Cenk Tosun "Fənərbağça"ya 2024-cü ilin yayında keçib. O, cari mövsüm ərzində iştirak etdiyi 17 oyunda 2 qol müəllifi olub.