BAKI. 25 mart. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Teleqraf xəbər verir ki, G qrupunda Litva evdə Finlandiyaya məğlubiyyətdən yaxa qurtarmağı bacararaq, ilk xalını qazanıb.

Qrupun digər qarşılaşmasında Polşa Malta üzərində inamlı qələbə qazanaraq, xalını 6-ya çatdırıb və vahid liderliyi ələ alıb.

H qrupunda Bosniya və Herseqovina millisi növbəti qalibiyyətini Kipr üzərində qazanıb. Ötən tur məğlubiyyətlə üzləşmiş Rumıniya isə bu dəfə San Marinonu səfərdə darmadağın etməyi bacarıb.

Nəhayət, K qrupunda İngiltərə Latviyaya böyük hesabla qalib gələrək, vahid lider olub. Albaniya isə qrupda ilk qələbəsini eyni hesabla Andorra üzərində qazanıb.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

24 mart

G qrupu

21:00. Litva - Finlandiya - 2:2

23:45. Polşa - Malta - 2:0

Xal durumu: Polşa 6 xal (2 oyuna), Finlandiya - 4 (2), Litva - 1 (2), Niderland - 0 (0), Malta - 0 (2)

H qrupu

23:45. Bosniya və Herseqovina - Kipr - 2:1

23:45. San Marino - Rumıniya - 1:5

Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Rumıniya - 3 (2), Kipr - 3 (2), Avstriya - 0 (0), San Marino - 0 (2)

K qrupu

23:45 İngiltərə - Latviya - 3:0

23:45 Albaniya - Andorra - 3:0

Xal durumu: İngiltərə - 6 xal (2 oyuna), Albaniya - 3 (2), Latviya - 3 (2), Serbiya - 0 (0), Andorra - 0 (2)