BAKI, 25 mart. TELEQRAF

UEFA Millətlər Liqasının pley-off mərhələsində İrlandiya və Bolqarıstan yığmaları arasındakı cavab oyunu zamanı zədələnən türkiyəli baş hakim Halil Umut Melerin son durumu açıqlanıb.

Teleqraf Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, martın 23-də keçirilmiş qarşılaşmanın 37-ci dəqiqəsində ayağından xəsarət alaraq əvəzlənən referinin müayinələrdən sonra müalicəsinə başlanılacaq.

Oyun vaxtı onun sol baldırında ani ağrı və sancı hiss etdiyi bildirilib. Hərəkətlənmə sarıdan çətinlik yaşadığına görə matça davam edə bilməyən Meler fasilədən sonra yerini ehtiyat hakim Mehmet Türkmenə verib. Türkmen bu ildən FIFA referisi statusu alıb.

Qeyd edək ki, görüş İrlandiya yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1.