BAKI. 25 mart. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Teleqraf xəbər verir ki, rəqib Belarus yığması olacaq.

İlk dəfə Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da baş tutacaq qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Bu oyun 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi martın 22-də Sumqayıtda keçirdiyi yoldaşlıq görüşündə Haitiyə 0:3 hesabı ilə uduzub. Belarus isə Düşənbədə Tacikistan yığmasını darmadağın edib - 5:0.

Haiti ilə görüşdə qırmızı vərəqə alan Elvin Cəfərquliyev və son məşqlərin birində zədələnən Şahrudin Məhəmmədəliyev bugünkü matçda forma geyinməyəcək. Rəqibin heyətində isə itki yoxdur.

Belarus DÇ-2026-nın seçmə mərhələsində Danimarka, Yunanıstan və Şotlandiya ilə birlikdə C qrupunda yer alıb. Azərbaycan millisi isə D qrupunda Fransa, Ukrayna və İslandiyaya rəqib olub. Hər iki qrupda mübarizəyə sentyabrın 5-də start veriləcək.

Yoldaşlıq görüşü

25 mart

21:45. Azərbaycan - Belarus

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hər üçü Gürcüstan), Tural Qurbanov (Azərbaycan).

“Bank Respublika Arena”..