BAKI, 13 mart. TELEQRAF

"Sülh regional xarakter daşımalıdır. Ermənistanın baş naziri kimi bu tarixi fürsətdən istifadə etmək istəyirəm".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

Ermənistanla Azərbaycan arasında sülhün üfüqdə olmadığı iddiası ilə razılaşmadığını bildirən Paşinyan iki ölkə arasında sülh üçün çox mühüm təməllərin qoyulduğunu qeyd edib.

Ermənistan Baş naziri Türkiyənin sülh prosesində rolu ilə bağlı söyləyib:

“Bizim təsəvvürümüz belədir: Türkiyə ən azı mesajlarında Cənubi Qafqazda sabitliyin tərəfdarıdır. Görürük ki, Türkiyə həm prezident, həm də xarici işlər naziri səviyyəsində Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Əgər bu mesajları düzgün anlayırıqsa, bu vəziyyət Türkiyənin Cənubi Qafqazdakı münasibətlərində bəlkə də müəyyən balanslı olması deməkdir”.