BAKI, 13 mart. TELEQRAF

"Erməni soyqırımı" xarici siyasət prioritetlərimiz arasında deyil".

Teleqraf xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda bir qrup türk jurnalistlə söhbətində deyib.

Paşinyan tarixə yeni münasibətin aktual olduğunu bildirib: "İstər Ermənistanda, istərsə də diaspor üzvləri ilə görüşdə bir məqamı vurğulayıram. Tarixi bu gün kimi başa düşmək olmaz, tarix tarixdir, bu gün isə bu gün".

Paşinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında da danışıb: "Bu məsələdə siyasi iradə var. Əsl vacib olan məqam isə ikitərəfli siyasi iradənin getdikcə güclənməsidir. Münasibətlərin normallaşmasına inanıram, sadəcə zamana ehtiyac var".