BAKI, 13 mart. TELEQRAF
"Suriyanın ərazi bütövlüyünü və inkişafını dəstəkləyirik".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Suriyada 12 illik fasilədən sonra səfirliyimizin fəaliyyətinin bərpa olunduğuna toxunan nazir söyləyib:
"Yeni reallıqları nəzərə alaraq Suriyanın yeni hakimiyyət ilə ünsiyyətə keçdik. Təmaslarımız oldu və davam edir. Bir neçə gün əvvəl Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər iclasında Suriyanın yenidən iştirakı barədə qərar qəbul olundu. Yaxın zamanlarda Suriya XİN rəhbəri ilə danışacağam. Suriyanın ərazi bütövlüyü və inkişafını dəstəkləyirik. Həmçinin ikitərəfli və beynəlxalq əsasda Suriyanın beynəlxalq aktyora çevrilməsinə təkan verəcəyik".