
BAKI, 13 fevral. TELEQRAF
Bu ilin fevral ayında Türkiyədə əcnəbilərə ümumilikdə 1457 ev satıb. Azərbaycan vətəndaşları qonşu dövlətdən 87 daşınmaz əmlak alıblar. Ötən ilin müvafiq dövründə bu rəqəm 60 mənzil olub.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, Türkiyənin xaricilərə mənzil satışı fevral ayında əvvəlki ilin eyni ayına görə 21,1% azalaraq 1457-ə düşüb. Fevral ayında ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (256).
Xatırladaq ki, ötən ay Azərbaycanlılar Türkiyədən 50 mənzil alıblar. 2024 cü ildə isə, ümumilikdə 866 mənzil alınıb.