
BAKI, 13 mart. TELEQRAF
"Bütün münaqişələrə və münaqişələrin yaratdığı çağırışlara baxmayaraq, biz beynəlxalq bərabərliyi üstün tuturuq".
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" panel müzakirələrində bildirib.
O deyib ki, bu gün BMT və digər təsisatlarda dəyişiklik vacibdir və toqquşan maraqlar nəzərdən keçirilməlidir.
"Biz çoxtərəfli təsisatlara qoşulmalıyıq, bu ümumi maraqlardan irəli gəlir. Azərbaycan daim çoxtərəfliliyin yanındadır. Çoxtərəflilik qlobal bir mərkəzə çevrilməlidir. Əgər biz dünyada daha çox tərkibdə tərəfdaşlıqları görmək istəyiriksə, çoxtərəflilik prinsipi əsas götürülməlidir. Birtərəflilik, ikitərəflilil nəticə vermir. Tarix də göstərir ki, çoxtərəflilik daimidir, daim inkişaf edir, onu yenidən qurmaq daha rahat və asandır", - deyə C.Bayramov söyləyib.