BAKI, 13 mart. TELEQRAF

İsrail aviasiyası Suriya paytaxtında yaşayış məntəqəsinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dəməşqin şimal-qərbindəki Dummar rayonunda yaşayış binasına hücum edilib. Agentlik tələfat və maddi ziyanla bağlı məlumat vermir.

Suriya dövlət televiziyası isə öz növbəsində zərbə nəticəsində ölənlərin olduğunu bildirib.