BAKI, 13 mart. TELEQRAF

"Mən keçid dövrü zamanı Putinlə görüşdükdə, o, Sovet İttifaqının dağılmasına bir faciə deyirdi, mən isə əksini düşünürdüm".

Teleqraf xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunun panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, latviyalılar həmin dövrdə məcbur rus dilində danışırdılar.

"Putin hazırda düşünür ki, Rusiya daha böyükdür, mükəmməldir. Bununla yanaşı, bu ölkə daha da böyük olmağa çalışır. Amma Rusiya Sovet İttifaqı deyil. O düşünür ki, nüvə silahının sahibidir və bir neçə ölkəni idarə edəcək. O, yeni tarix yazmağa çalışır", - deyə sabiq prezident söyləyib.