.jpg)
BAKI, 13 mart. TELEQRAF
"Biz, qlobal tarixin kəsişmə nöqtəsində yaşayırıq və tarixi dəyişmələrin şahidiyik".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, dünya nizamı hazırda sürətlə dəyişməkdədir.
"Çin öz qlobal təsirini artırmaqdadır, ABŞ yeni qaydalar təlqin edir. Rusiyanın hərəkətləri isə birbaşa Avropanın təhlükəsizliyinə təsir edir. İkinci Dünya müharibəsindən sonra düzən çox da dəyişməyib. Lakin geridə qoyduğumuz 80 illik dövr artıq dəyişməyə doğru gedir. Biz qarşıdakı dövrdə Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyadan danışırıq, belə olduğu halda hər kəs nəsə etməyə çalışır", - Çavuşoğlu qeyd edib.