.jpg)
BAKI, 13 mart. TELEQRAF
"Hamının iştirakı ilə olan yeni sistemi qurub, dünyada parçalanmış münasibətləri düzəltməliyik".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mevlut Çavuşoğlu XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu məsələdə Türkiyə fəal olmalıdır, çünki terror, müharibə kimi fəlakətlər Türkiyəyə təsirsiz ötüşmür.
"Qərar vermişdik ki, Rusiya və Ukraynanı görüşdürək. Bunun üçün yalnız bəzi Qərb ölkələri dəstək oldu. ABŞ isə müharibənin davam etməsinin tərəfdarı idi və o, Ukraynaya dəstək oldu. Biz isə müharibəni dayandırmağa çalışdıq. Biz fəaliyyətimizə davam etsək də, müharibəni dayandıra bilmədik".
O həmçinin Suriyada yeni dövrün başladığını deyib:
"Mən nikbinəm ki, onlara dəstək olmağa çalışırıq və ölkənin bərpası ciddi məsələlərdən biridir. Soyqırımdan sonra Qəzza üçün də bu keçərlidir. Prezident Ərdoğan regional siyasətdə hamıdan fəaldır və hamı ilə əlaqə saxlayır", - deyə əlavə edib.