BAKI, 12 mart. TELEQRAF

Formula 1-də çıxış edən "Maklaren" komandası avstraliyalı pilot Oskar Piastri ilə müqaviləni uzadıb.

Teleqraf xəbər verir ki, müqavilə müddəti dəqiq açıqlanmasa da, "Daily Mail" 2028-ci ilədək olduğunu yazıb.

Piastrinin ildə 20 milyon funt sterlinq qazanacağı da bildirilir.

Əvvəlki sözləşmə 2026-cı il mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, Oskar Piastri 2023-cü ildən "Maklaren" pilotudur. O, debüt mövsümündə sprint yarışmasında birinci yeri tutub, ötən il isə Macarıstan və Azərbaycan Qran Prisinin qalibi olmaqla, komandasının Konstruktorlar Kubokunu qazanmasına kömək edib. Piastri həm də 24 Qran Prinin hamısında bütün məsafəni sonadək qət etməyi bacarıb. Avstraliyalı pilot yekunda 292 xalla 4-cü yeri tutub.