
BAKI, 12 mart. TELEQRAF
Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 12-14 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.