BAKI, 12 mart. TELEQRAF

Azərbaycan Yazıçılar Birliyi (AYB) keçmiş üzvü şair İlham Qəhrəmanın iddiaları ilə bağlı mülki qaydada məhkəməyə müraciət edib.

Teleqraf-a bu barədə İlham Qəhrəman özü məlumat verib.

Şairin sözlərinə görə, Sabunçu Rayon Məhkəməsindən ona müvafiq bildiriş gəlib.

Məhkəmənin ilk iclası 10 aprel 2025-ci ilə təyin olunub.

Qeyd edək ki, İlham Qəhrəman mediada AYB-dən çıxmasının səbəbləri barədə geniş tənqidi yazı ilə çıxış edib.

O, 1997-ci ildən AYB üzvü olub.