BAKI, 7 mart. TELEQRAF

AFFA İntizam Komitəsi "Qarabağ-2"ni cərimələyib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Əvəzedicilər Liqasında XXV turun səfərdə “Sumqayıt-2” ilə oyunu bitəndən sonra Ağdam təmsilçisinin futbolçusu Nihad Mollayevin hakimləri təhqir etməsi olub.

22 yaşlı yarımmüdafiəçi birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, komandası isə 300 manat cərimə edilib.

Qeyd edək ki, çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.