BAKI, 8 mart. TELEQRAF

İtaliyanın "Milan" klubu baş məşqçi Serjiu Konseysau ilə yollarını ayıra bilər.

Teleqraf insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "qırmızı-qaralar" cari mövsümün sonunda portuqaliyalı mütəxəssisi qovmağı qərara alıb.

Milan təmsilçisinin rəhbərliyi 51 yaşlı baş məşqçini istefaya göndərmək üçün yayı gözləməyə də bilər. "Milan" növbəti iki matçında uğurlu nəticə göstərə bilməsə, rəhbərlik Konseysaunu yola salacaq.

Qeyd edək ki, "Milan" bu gün İtaliya A Seriyasının XXVIII turunda "Leççe"nin qonağı olacaq, növbəti turda isə "Komo"nu qəbul edəcək. Komanda hazırda 41 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Serjiu Konseysau 2024-cü ilin dekabrından "Milan"ın baş məşqçisidir.