BAKI, 8 mart. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Teleqraf xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. FIFA referisi Kamal Umudlunun idarə edəcəyi görüş saat 19:00-da start götürəcək.

Hazırda Ağdam təmsilçisi 60 xalla lider, Naxçıvan komandası isə 46 xalla 3-cüdür.

“Qarabağ” Muxtar Respublika təmsilçisi ilə bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında hər iki komanda qol sevinci yaşayıb.

Qeyd edək ki, turun digər oyunları 9-10 martda keçiriləcək. “Şamaxı” “Sabah”ı, “Zirə” “Səbail”i, “Sumqayıt” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qonaq edəcək.

Azərbaycan Premyer Liqası

XXVI tur

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

"Liv Bona Dea Arena".