BAKI, 8 mart. TELEQRAF

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda “Əl-Şəbab”la heç-heçə edib.

Teleqraf xəbər verir ki, Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Görüşdə “Əl-Nəsr”in heyətində Ayman Yəhya və Kriştiano Ronaldu, “Əş-Şəbab”ın heyətində isə Abderrazak Hamdallah və Mohammed Al-Shwireh fərqlənib.

40 yaşlı portuqaliyalı hücumçunun ilk hissənin əlavə dəqiqələrində vurduğu qol karyerasında 926-cı olub.