​​​BAKI, 9 mart. TELEQRAF

Almaniya ABŞ-dən F-35A qırıcılarının alınması ilə bağlı müqaviləni ləğv etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, Berlinin bu qərarı nəzərdən keçirməsinə səbəb qırıcıların idarəetmə panelinə əlavə edilən "fövqəladə söndürmə düyməsi"dir. Almaniya hökuməti hesab edir ki, həmin düymə ABŞ-yə təyyarələri uzaqdan idarə etmək imkanı verə bilər.

Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger bildirib ki, əgər ABŞ bu mexanizmdən Almaniya hərbi texnikasına müdaxilə etmək üçün istifadə edərsə, müqavilənin ləğvi gündəmə gələ bilər.

Qeyd olunur ki, Vaşinqton daha əvvəl Ukraynaya göndərilən HIMARS reaktiv yaylım atəş sistemlərinə oxşar funksiya əlavə edərək, onları uzaqdan deaktiv etmək imkanına sahib olub.