
BAKI, 7 mart. TELEQRAF
UEFA ən bahalı heyətə malik komandalarının adlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, siyahıya 1,66 milyard avro dəyərə malik İngiltərənin "Çelsi" klubu başçılıq edir.
"Zadəganlar" İspaniya "Real Madrid"inin 2020-ci ildə müəyyən etdiyi əvvəlki rekordu (1,33 milyard avro) geridə qoyub.
Sonrakı üç mövqedə İngiltərənin “Mançester Siti” (1.3 milyard avro), “Mançester Yunayted” (1.096 milyard avro) və “Arsenal” (1.024 milyard avro) klubları qərarlaşıb. "Real Madrid" 922 milyon avroluq heyətlə beşincidir.
Qeyd edək ki, "Çelsi"nin ən bahalı futbolçusu 130 milyon avro bazar dəyəri olan Kol Palmerdir.