
BAKI, 6 mart. TELQRAF
Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs Qarik Matrosyan ifadəsində Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, o, qeyd edib: “İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.
Təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda xidmət etdiyini söyləyib.