
BAKI, 6 mart. TELEQRAF
Rəsmi Vaşinqton 240 minə yaxın ukraynalının müvəqqəti qaçqın statusundan məhrum edilə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.
Birləşmiş Ştatlar rəsmisinin sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.