BAKI, 6 mart. TELEQRAF

İsrail ordusu Qəzza zolağının 2500 sakininin hər gün digər ölkələrə, onları qəbul etməyə hazır olan dövlətlərə çıxışını təmin edən planın hazırlanmasını tamamlayıb.

Teleqraf xəbər verir ki, plan müdafiə nazirinin son vaxtlar verdiyi əmrə uyğun olaraq hazırlanıb.

Qəzza sakinləri üç marşrutla bölgəni tərk edə bilərlər: dənizlə — İsrail üzərindən Aşdod limanına, hava ilə — İsrailin cənubundakı Ramon hava limanı vasitəsilə, quruda — Misirə gedən Rəfah nəzarət-buraxılış məntəqəsindən.

Quru yolu ilə artıq 35 min nəfər Qəzza zolağını tərk edib.