
TBİLİSİ, 6 mart. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistana rəsmi səfərə yola düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Səfər çərçivəsində Gürcüstan və Türkmənistan hökumətlərinin üzvləri arasında geniş tərkibdə danışıqlar aparılacaq, dövlət qurumları arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanacaq.
İ.Kobaxidzenin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü də planlaşdırılıb.
Hökumət başçısını səfərdə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoqladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcəklər.
Qeyd edək ki, İ.Kobaxidze eyni tərkibli nümayəndə heyəti ilə birgə 4-5 mart tarixində Özbəkistanda rəsmi səfərdə olub.