
BAKI, 6 mart. TELEQRAF
Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ABŞ-ni dünya nizamını məhv etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, o, NATO-nun mümkün dağılması ilə bağlı xəbərdarlıq da edib.
"Dünya nizamı təkcə şər oxunu dəyişməyə çalışmır, həm də ABŞ onu məhv edir", - Zalujnı bildirib.
Ukrayna səfiri Ağ Evin bütün Qərb dünyasının birliyini şübhə altına aldığını deyib:
"Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-nin iştirakı olmadan Avropaya ötürməyə çalışır".
Zalujnı həmçinin xəbərdarlıq edib ki, NATO mövcudluğunu dayandıra və Rusiya Avropada müharibəyə başlaya bilər.