BAKI, 6 mart. TELEQRAF

Rusiya ordusu Ukrayna ərazisinə yaz-yay hücumuna hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov məlumat verib.

"Düşmən indi ölkəmizə qarşı növbəti yaz-yay hücumunun əsasını qoyur. Putinin öz ambisiyalarından əl çəkməyə hazır olduğuna ümid etməyə dəyməz. Kreml liderlərinin açıq bəyanatları buna heç bir şübhə yeri qoymur. Cənab Trampın hansı illüziyalara qapıldığını bilmirəm, amma Rusiya-Ukrayna ilə bağlı vəziyyət sırf döyüş meydanında müəyyən edilir və ediləcək", - Seleznyov vurğulayıb.