BAKI, 18 dekabr. TELEQRAF

“Futbolçularım inanılmaz performans göstərdi. Avropaya səs salmış komandaya qarşı möhtəşəm çıxış etdik”.

Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə “Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın I tur matçından sonra mətbuat konfransında deyib.

“Turnir cədvəlinə baxmağı xoşlamıram. Futbolçularıma hələ heçnəyin bitmədiyini bildirdim. Artıq növbəti oyuna hazırlığı düşünürük. Rəqiblərimiz bizə qarşı daha fərqli hazırlaşmağa başlayacaqlar”, - deyə mütəxəssis bildirib.

Dambrauskas qış transfer pəncərəsində mümkün transferlər barədə sualı isə belə cavablayıb: “Sərəncamımda olan oyunçulardan məmnunam. Bir neçə zədəli oyunçularımız da var. Cesse Sekidika ötən mövsümün əsas futbolçularından olub. Onun formaya düşməsini gözləyirik. Yeni transferlərdə isə tələsməməliyik. Çünki bizim üslubumuza uyğun futbolçular gətirməliyik”.