BAKI, 18 dekabr. TELEQRAF
PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov klub tarixinə düşüb.
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, bu, 2025-ci il Qitələrarası Kubokun finalında baş verib.
Paris təmsilçisi həlledici oyunda “Flamenqo”nu əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. 26 yaşlı qolkiper penaltilər seriyasında dörd zərbəni dəf edərək XXI əsrdə PSJ tarixində bir seriyada dörd penaltini qaytaran ilk qapıçı kimi tarixə düşüb.
Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin yayında “Krasnodar” klubundan PSJ-yə transfer olunub.