BAKI, 17 dekabr. TELEQRAF

Təxirə salınmış oyunun təyinatları
Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Bank Respublika Arena"da baş tutacaq matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli oturacaq. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, "Sabah" – "Qarabağ" oyunu dekabrın 18-də, saat 19:30-da başlayacaq.