BAKI, 18 dekabr. TELEQRAF

Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda hücuma məruz qalaraq 34 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Futbolçu ilə birlikdə onun həyat yoldaşı da həyatını itirib, anası isə ağır xəsarət alıb.

Qeyd edək ki, Pineyda 2016-cı ildən “Barselona”nın formasını geyinirdi. O, klubla birlikdə iki dəfə Ekvador çempionu olub, həmçinin ölkə kubokunu qazanıb. Karyerası ərzində Mario Ekvadorun “İndependiente del Valle” və “Nasyonal”, eləcə də Braziliyanın “Fluminense” klublarında çıxış edib.