BAKI, 18 dekabr. TELEQRAF
Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollarını ayırıb.
Teleqraf “Globo” nəşrinə istinadən xəbər verir ki, müqavilənin ləğvinə səbəb mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı olub.
Belə ki, narazılıq fitnes məşqçisi Luka Gerranın futbolçuların çoxsaylı zədəsinə görə işdən çıxarıldıqdan sonra baş qaldırıb. Ançelotti rəhbərliyə məşqçilər heyətinin bütovlüklə saxlanılacağı təqdirdə qalacağını bildirsə də, onun bu şərti qəbul edilməyib.
Qeyd edək ki, Davide Ançelotti bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub. Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.