BAKI, 17 dekabr. TELEQRAF
“Barselona”ya prezidentliyə namizəd Mark Siriya klubun əfsanəsi Lionel Messini yenidən Kataloniya təmsilçisinə qaytarmaq istədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, El Nacional-a açıqlama verib.
“Biz istəmirik ki, klubumuzun ən böyük əfsanəsi gecə vaxtı gizlincə geri dönsün. Messini “Barselona”ya qaytarmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Siriya bildirib.
Qeyd edək ki, argentinalı ulduz futbolçu 2021-ci ildə “Barselona”dan ayrılıb və hazırda “İnter Mayami”də çıxış edir. Yaxınlarda Messi “Kamp Nou” stadionunun yenilənmiş açılış mərasiminə qatılıb. Həmin vaxt bildirib ki, bir gün bu stadionu yalnız futbolçu kimi vida etmək üçün deyil, fərqli şəkildə də ziyarət edəcək.