BAKI, 18 dekabr. TELEQRAF
İspaniya və Argentina yığmaları arasında keçiriləcək Finalissimanın tarixi və məkanı açıqlanıb.
Teleqraf xəbər verir ki, oyun gələn il martın 26-da Qətərin Doha şəhərində baş tutacaq.
Finalissima son Avropa və Cənubi Amerika çempionları arasında tək bir matçdan ibarətdir.
Qeyd edək ki, sonuncu titulu Argentina millisi qazanıb.