BAKI, 2 mart. TELEQRAF

Fransa PSJ-sinin futbolçusu Usman Dembele yeni rekorda imza atıb.

Teleqraf “Stats Foot”a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu buna Fransa Liqa 1-inin XXIV turunun “Lill”ə qarşı oyununda (4:1) qol vuraraq nail olub. Dembele cari mövsümdəki qollarının sayını 18-ə çatdıraraq ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messiyə məxsus rekordu geridə qoyub.

XXI əsrdə bir təqvim ilində yanvarın 1-dən martın 1-dək Avropanın ən yaxşı beş liqasında heç bir oyunçu bu qədər qol vurmayıb.

Qeyd edək ki, Lionel Messi 2016-cı ildə yanvarın 1-dən martın 1-nə kimi İspaniyanın “Barselona" klubunun heyətində 17 qolla imza atıb.