BAKI, 28 fevral. TELEQRAF
Bu gün Hakimlərin Konfransı təşkil edilib.
Teleqraf xəbər verir ki, konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.
Konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.