
TBİLİSİ, 28 fevral. TELEQRAF
Fevralın 20-25-də Batumi şəhərində yeniyetmə oğlanlar və qızlar arasında boks üzrə Gürcüstan çempionatı keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Marneulidən olan Nərmin Bayramova 52 kq çəki dərəcəsində uğurla çıxış edərək birinci yeri tutub.
Marneuli bələdiyyəsinin İdman Məktəbindən bildirilib ki, soydaşımız yaş kateqoriyasında Gürcüstanın ən uğurlu qadın idmançılarından biridir. Yeniyetmə boksçunun şəxsi məşqçisi Royal Qarabağlıdır.
Məktəb çempion soydaşımızı əldə etdiyi uğur münasibəti ilə təbrik edib.
Qeyd edək ki, 16 yaşlı N.Bayramova Marneulinin Şulaveri kəndindəndir. O, ötən il Marneulidə 15 yaşlı boksçular arasında keçirilmiş çempionatın qalibi olub.