BAKI, 28 fevral. TELEQRAF

Azərbaycan şahmatçılarının Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki yerləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, kişilərin reytinqində Şəhriyar Məmmədyarov 11-ci, Teymur Rəcəbov 35-ci, Rauf Məmmədov 67-ci pillədə qərarlaşıb. Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınlar arasında Gövhər Bəydullayeva 43-cü, Günay Məmmədzadə 51-ci, Ülviyyə Fətəliyeva 57-ci, Xanım Balacayeva isə 85-ci mövqeyi tutur. Burada lider çinli Yifan Houdur.