GƏNCƏ, 28 fevral. TELEQRAF

Gəncə şəhərində bir-birinə bitişik halda yerləşən beş ev yanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb. Belə ki, bir-birinə bitişik olan 5 ev yanıb. Yanğın nəticəsində A.Mehdiyev, E.Alırzayevə, Ç.Şaxtaxtinki, anası R.Şaxtaxtinki və Cəmilə adlı xanıma məxsus evlər yanıb. Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər tikilinin isə dam örtüyü alovlanıb.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-ə yaxın canlı qüvvə cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

15:23

GƏNCƏ, 28 fevral. TELEQRAF

Gəncədə mərkəsə yaxın ərazilərdə yerləşən iki evdə yanğın olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hazırda bir-birinə bitişik olan həmin evlər yanır.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət yanəndan Mühafizə İdarəsinin avtomobilləri və 20 dən artıq canlı qüvvəsi cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.