
BAKI, 28 fevral. TELEQRAF
Sülh müqaviləsində müşahidə missiyasından bəhs edilmir, bu, ümumi ifadədir, söhbət üçüncü qüvvələrin olmasından gedir, bu da Avropa İttifaqına aid ola bilər. Amma sülh sazişində konkret Aİ-nin müşahidə missiyasından bəhs edilmir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Uzun illər davam edən iş sayəsində 15 maddə üzrə razılığa gələ bilmişik, amma son iki maddə üzrə hələ anlaşma yoxdur. Ermənistan da bu iki maddənin yekunlaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”, - rəsmi bildirib.
Qriqoryan qeyd edib ki, hələlik bu iki məsələ ilə bağlı Azərbaycan və Ermənistanın yanaşmalarında uzlaşma yoxdur:
“Suallardan biri Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmaması, eləcə də diplomatik müharibənin başa çatdırılması ilə bağlıdır.
Azərbaycanın nə tələb etdiyi soruşulduqda Qriqoryan belə cavab verib:
“Söhbət tələbdən getmir, burada çox vaxt danışıqlarda olduğu kimi, yanaşmalar fərqlidir və indiyədək həllini tapmayıb”.