BAKI, 28 fevral. TELEQRAF

Hakimlər İttifaqının İdarə Heyətində boş qalan bir yerə seçki keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev bildirib.

O, Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədlinin namizədliyini irəli sürüb.

Namizəd digər hakimlər tərəfindən də dəstəklənib və Bərham Məmmədli Hakimilər İttifaqının İdarə Heyətinə üzv seçilib.

Qeyd edək ki, bundan əvvəl Hakimlər İttifaqının İdarə Heyətində təmsil olunan Abiddin Hüseynov Ədliyyə nazirinin müavini təyin olunması səbəbindən idarə heyətindən çıxarılıb.