BAKI, 28 fevral. TELEQRAF
Ölkə üzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Kənan Quluzadə, həmçinin Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərdə keçirilən Milli Ulduz Təsnifatının xüsusi əhəmiyyət daşıdığını və prosesin regionlarda da davam etdiriləcəyini bildirib.
Regionlar üzrə monitorinqlərin başlayacağını qeyd edən Kənan Quluzadə ilkin mərhələdə Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində monitorinqlərin aparılacağını, təxminən 160-dan çox yerləşmə müəssisəsi üzrə monitorinqlərin keçiriləcəyini əlavə edib.