BAKI, 28 fevral. TELEQRAF
"Deputat olduğum dövlərdə təkliflər etmişəm ki, hakimlər ömürlük təyin olunsunlar".
Teleqraf xəbər verir ki, bunu Qüdrət Həsənquliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, bunu kimsə etirazla qarşılaya bilər:
"Düzdür, kimsə deyə bilər k, hakim yaşlaşacaq və iş effekti azalacaq. Bundan başqa, əgər hakimləri ömürlük təyin etmiriksə, onda bütün hakimlər üçün son yaş həddi olmalıdır. Yaş həddi Prezidentə, İcra başçısına şamil olunmur. Niyə Ali məhkəmə hakimi üçün 65 yaş təyin olunur. Hakimlərin vəzifədən kənarlaşdırmaq məsələsinə yenidən baxmalıyıq. Onlar hər hansı cinayət törətdikdə, uzaqlaşdırmaq olar. Hakimiyyətin bütün qanadlarına eyni münasibət olmalıdır. Hesab edirəm ki, hakimlərin maaşını da artırsaq, daha ədalətli cəmiyyət qura bilərik. Bu, həm də güclü iqtisadiyyatın formalaşması deməkdir".