
BAKI, 27 fevral. TELEQRAF
“Oyunların idarə edilməsi zamanı əminlik olmalıdır. Şəxsi keyfiyyətlər, kommunukasiya, oyuna nəzarət vacib rol oynayır”.
Teleqraf xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker bu gün UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypersin seminarında deyib.
De Bleker seminarın hakimlər üçün faydalı olacağınl bildirib: “Cənab Byorna təşəkkür edirəm. Bakıya gəldikdən sonra deyirəm ki, UEFA qaydaları Premyer Liqada tətbiq olunsun. VAR-da da müəyyən qaydalar tətbiq olunmalıdır. Elçin Məsiyev və Əliyar Ağayev AFFA tarixində ilk dəfə I kateqoriya alıblar. Tural Qurbanov isə gəlan ay UEFA inkişaf proqramında iştirak edəcək. Bu, bizim üçün önəmli hadisədir. Azərbaycan xalqı öz ölkəsi ilə fəxr edir. Qonaqpərvərlik və mənəvi dəyərlər yüksəkdir. Bu da futbolda çox önəmlidir. Çalışacağam ki, Azərbaycanda hakimliyi yüksək səviyyəyə çatdırım. AFFA təcrübəm də mənə kömək olacaq. Hər kəsə təşəkkür edirəm. AFFA-nın rəhbər heyətinə də minnətdaram".
Seminarın sonunda Frank de Bleker Azərbaycan milli komandasının formasını Byorn Kuypersə təqdim edib.