BAKI, 28 fevral. TELEQRAF

"2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşan vətəndaşların sayı 10 min 270 ailə olacaq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 10 mindən çoxdur:

"Bu o deməkdir ki, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm".