BAKI, 27 fevral. TELEQRAF

Təbrizin "Traktor" klubu İran Premyer Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, "qırmızı qurdlar" XXI turda evdə "Sepahan"ı qəbul edib. Gərgin keçən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran "Traktor" liderliyini davam etdirir, "Sepahan" isə 44 xalla ikinci pillədə qərarlaşıb.

***

16:34

Bu gün səhər saatlarında Güney Azərbaycanın müxtəlif şəhərlərindən "Traktor" futbol komandasının tərəfdarlarının Təbrizə axın başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli sosial şəbəkə hesablarında məlumat yazılıb.

Məlumata görə, Urmiya, Qoşaçay, Binab, Sulduz, Marağa, Kərəc, Zəncan və başqa şəhərlərdən minlərlə azərbaycanlı bu gün Təbrizin "Traktor" və İsfahanın "Sepahan" komandalarınn qarşılaşmasını izləmək üçün Təbrizin "Səhənd" (Yadiqari İmam) stadionuna üz tutublar.

Son məlumatlara görə, hazırda stadionda yerlərin hamısı dolub, stadion ətraf təplərdə minlərlə "Traktor"çunun toplaşdığı bildirilir.

Qeyd edək ki, Fars Körfəzi Liqasının (İran çempionatı) XXI tur oyunu artıq start götürüb. Hazırda hesab açılmayıb.