BAKI, 5 dekabr. TELEQRAF

“Los-Anceles Leykers” komandası NBA-nın müntəzəm mövsüm oyununda “Toronto Reptors”u məğlub edib - 123:120.

Teleqraf xəbər verir ki, “Leykers”in ulduz basketbolçusu Lebron Ceyms bu matçın 36 dəqiqəsində iştirak edib.

O, cəmi 8 xal toplaya bilib.

Bununla da Lebron Ceyms 2007-ci ilin yanvarından bəri ilk dəfə bir oyunda 10 və ya daha çox xal toplaya bilməyib. Bu, 40 yaşlı basketbolçunun 6908 gün və 1297 oyunla davam edən NBA rekorduna son qoyub.